Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797) aşağıdakı dəyişikliklər edilsin:

1. 15.3-cü maddədə “hallarda” sözündən sonra “, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda” sözləri əlavə edilsin.

2. 21.1-ci və 21.2-ci maddələrdə “3” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin