Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının müdafiə sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Cəfərov Firad Dadaş oğlu

Əliyev Çingiz Paşa oğlu

Hacıyev Konstantin Hacı-Ağa oğlu

Nuşiyev Mövludpaşa Məmmədxan oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2013-cü il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin