Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 26-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsini “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 12 dekabr tarixli 509-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, I kitab, maddə 250, №5, maddə 323; 2002, №12, maddə 709; 2003, №8, maddə 420; 2004, №3, maddə 123, №5, maddə 318, №6, maddə 415, №10, maddə 761, №11, maddə 901; 2005, №2, maddə 61, №6, maddə 466, №8, maddələr 684, 692, 693, №11, maddə 996, №12, maddə 1085; 2006, №2, maddə 68, №3, maddə 225, №5, maddə 387, №6, maddə 478, №8, maddə 657, №12, maddə 1005; 2007, №2, maddə 80, №6, maddə 560, №8, maddə 745, №10, maddə 937, №11, maddə 1053, №12, maddələr 1215, 1219; 2008, №3, maddə 145, №6, maddə 456, №7, maddə 602, №12, maddə 1049; 2009, №2, maddə 47, №5, maddə 295, №6, maddə 404, №7, maddə 517; 2010, №2, maddə 75, №3, maddə 171, №4, maddələr 265, 266, 276; 2011, №2, maddə 71, №7, maddə 586, №8, maddə 750, №12, maddələr 1073, 1102; 2012, №1, maddə 5, №5, maddə 403, №6, maddə 498; 2013, №1, maddə 15, №6, maddə 620) 13-cü maddəsinə “mənfəət” sözündən sonra “(fərdi sahibkarlar tərəfindən gəlir)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2013-cü il.