Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ MƏCƏLLƏSİNƏ ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, I kitab, maddə 250, №5, maddə 323; 2002-ci il, №12, maddə 709; 2003-cü il, №8, maddə 420; 2004-cü il, №3, maddə 123, №5, maddə 318, №6, maddə 415, №10, maddə 761, №11, maddə 901; 2005-ci il, №2 maddə 61, №6, maddə 466, №8, maddələr 684, 692, 693; Azərbaycan Respublikasının 2005-ci il 20 sentyabr tarixli 995-IIQD nömrəli və 21 oktyabr tarixli 1038-IIQD nömrəli qanunları) 62.1.4-cü maddəsində “dördüncü növbədə büdcəyə məcburi ödənişlər” sözlərindən sonra “və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları” sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin