Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ MƏCƏLLƏSİNİN TƏSDİQ EDİLMƏSİ, QÜVVƏYƏ MİNMƏSİ VƏ BUNUNLA BAĞLI HÜQUQİ TƏNZİMLƏMƏ MƏSƏLƏLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2000-Cİ İL 25 AVQUST TARİXLİ 386 NÖMRƏLİ FƏRMANINDA DƏYİŞİKLİK EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 689 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 609; 2001-ci il, № 10, maddə 640; 2003-cü il, № 8, maddə 435, № 10, maddə 552; 2004-cü il, № 6, maddə 435; 2005-ci il, № 2, maddə 64, № 5, maddə 403; 2006-cı il, № 7, maddə 590, № 12, maddə 1034; 2007-ci il, № 3, maddə 228, № 6, maddə 606, № 11, maddə 1110, № 12, maddə 1246) 3-cü bəndinin üçüncü abzasından “246.4-cü,” sözləri çıxarılsın.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin