Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən, “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 17, № 5, maddə 323; 2002-ci il, № 5, maddə 236; 2003-cü il, № 1, maddələr 23, 24, № 6, maddə 279; 2004-cü il, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761; 2005-ci il, № 4, maddələr 277, 278; 2006-cı il, № 2, maddə 64, № 12, maddə 1006; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddə 68, № 5, maddə 439, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756; 2008-ci il, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1046; 2009-cu il, № 6, maddə 402; 2010-cu il, № 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:
1. 4.3-cü maddədə “iqtisad məhkəməsinin” sözləri “inzibati-iqtisadi məhkəmənin” sözləri ilə əvəz edilsin.
2. 24.2-ci maddədə “iqtisad məhkəməsinə” sözləri “inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz edilsin.
3. 25-ci maddədə:
3.1. 25.1-ci maddədən “, inzibati” sözü çıxarılsın;
3.2. 25.2-ci maddə çıxarılsın.
4. 26-cı maddədə:
4.1. maddənin adında “iqtisad məhkəməsinə” sözləri “inzibati-iqtisadi məhkəmələrə” sözləri ilə əvəz edilsin;
4.2. 26.1-ci maddədən “mülki, inzibati və digər hüquq münasibətlərindən yaranan” sözləri çıxarılsın və “iqtisad məhkəməsinə” sözləri “inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz edilsin;
4.3. 26.2-ci maddədə “İqtisad məhkəməsində” sözləri “İnzibati-iqtisadi məhkəmədə” sözləri ilə əvəz edilsin;
4.4. 26.2.1.-ci maddədə “iqtisad məhkəməsinin” sözləri “inzibati-iqtisadi məhkəmənin” sözləri ilə əvəz edilsin;
4.5. 26.2.3-26.2.5-ci maddələr çıxarılsın;
4.6. 26.3-cü maddədə “İqtisad məhkəmələri” sözləri “İnzibati-iqtisadi məhkəmələr” sözləri ilə əvəz edilsin.
5. 30-cu maddədə “iqtisad məhkəməsinə” sözləri “inzibati-iqtisadi məhkəməyə” sözləri ilə əvəz edilsin.
6. 34-cü maddənin birinci cümləsində “yerli iqtisad məhkəmələri” sözləri “inzibati-iqtisadi məhkəmələr” sözləri ilə əvəz edilsin.
7. 55.2-ci maddədə “iqtisad məhkəməsində” sözləri “inzibati-iqtisadi məhkəmədə” sözləri ilə əvəz edilsin.
8. 221-ci maddə çıxarılsın.
9. 231.3-cü maddənin ikinci cümləsində “iqtisad məhkəməsinin” sözləri “inzibati-iqtisadi məhkəmənin” sözləri ilə, hər iki halda “iqtisad məhkəməsi” sözləri “inzibati-iqtisadi məhkəmə” sözləri ilə əvəz edilsin.
10. 254.1.4-cü maddədə “və ya inzibati qaydada” sözləri “, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında” sözləri ilə əvəz edilsin.
11. 285.0.2-285.05-ci maddələr çıxarılsın.
12. 286.2-ci maddə çıxarılsın.
13. 288-ci və 289-cu maddələrdə “24-29-cu” sözləri “24-cü və 25-ci” sözləri ilə əvəz edilsin.
14. 26-29-cu və 38-ci fəsillər çıxarılsın.
15. 358-ci maddədə:
15.1. 358.0.1-ci və 358.0.3-cü maddələrdən “işlər üzrə” sözləri çıxarılsın;
15.2. 358.0.2-ci maddədə “yerli iqtisad məhkəmələrinin” sözləri “inzibati-iqtisadi məhkəmələrin” sözləri ilə və hər iki halda “iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.
16. 402-ci maddədə “mülki işlər üzrə və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının” sözləri “mülki və inzibati-iqtisadi kollegiyalarının” sözləri ilə, “mülki işlər və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının” sözləri “mülki və inzibati-iqtisadi kollegiyalarının” sözləri ilə əvəz edilsin.
17. 404-cü maddədə:
17.1. 404.1.1-ci maddədən hər iki halda “işlər üzrə” sözləri və “işlər üzrə məhkəmə” sözləri çıxarılsın;
17.2. 404.1.2-ci maddədə hər iki halda “iqtisadi mübahisələrə dair işlər üzrə” sözləri və “iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin;
17.3. 404.2-ci maddədə “işlər və iqtisadi mübahisələr üzrə” sözləri “kollegiyaya və inzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.
18. 414-cü maddədə “işlər üzrə məhkəmə” sözləri çıxarılsın və “İqtisadi mübahisələrə dair məhkəmə” sözləri “İnzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.
19. 422-ci maddədə “işlər üzrə məhkəmə kollegiyasının və İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə” sözləri “kollegiyasının və İnzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.
20. 423-cü maddənin birinci cümləsində “işlər üzrə məhkəmə kollegiyasının və İqtisadi mübahisələr üzrə məhkəmə” sözləri “kollegiyasının və İnzibati-iqtisadi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 iyun 2011-ci il.