Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ NATO İLƏ ƏMƏKDAŞLIĞI ÜZRƏ KOMİSSİYANIN TƏRKİBİNƏ DAİR BƏZİ MƏSƏLƏLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 21 İYUN TARİXLİ 590 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 590 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №6, maddə 603) 1-ci bəndinə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi” sözlərindən sonra aşağıdakı məzmunda abzaslar əlavə edilsin:

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya

Administrasiyasının direktoru”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin