Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ YANINDA DÖVLƏT FELDYEGER XİDMƏTİNİN XÜSUSİ RÜTBƏSİ OLAN ƏMƏKDAŞLARININ AYLIQ PUL TƏMİNATININ VƏ MÜLKİ İŞÇİLƏRİNİN AYLIQ ƏMƏK HAQLARININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı orta hesabla 100 manat artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin mülki işçilərinin aylıq əmək haqları orta hesabla 30 manat artırılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu Sərəncam 2008-ci il avqust ayının 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyul 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin