Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ NƏQLİYYAT-YOL KOMPLEKSİNDƏ İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2007-Cİ İL 22 FEVRAL TARİXLİ 1992 NÖMRƏLİ SƏRƏNCAMINA VƏ “AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL DÖVLƏT BÜDCƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ OLUNMASI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2008-Cİ İL 7 MAY TARİXLİ 760 NÖMRƏLİ FƏRMANINA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2-ci bənddə “, habelə ölkənin digər şəhərlərində və rayon mərkəzlərində” sözləri çıxarılsın.
1.2. 3.3-cü bənddə “, ölkənin digər kənd və qəsəbələrinin” sözləri “ölkənin digər şəhərlərində və rayon mərkəzlərində, habelə kənd və qəsəbələrinin” sözləri iləəvəz edilsin.
1.3. 3.4-cü bənddən “, habelə ölkənin digər şəhərlərində və rayon mərkəzlərində” sözləri və “və müvafiq şəhər və rayon icra hakimiyyəti orqanlarının” sözləri çıxarılsın.
2. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 760 nömrəli Fərmanının 1.2-ci bəndi ilə verilmiş cədvəlin 3.11.1.1-ci bəndində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və 3.11.1.1.1-ci bəndində “Avtomobil yolları təsərrüfatı” üzrə nəzərdə tutulmuş vəsaitin 2008-ci il 15 may tarixinə istifadə vəziyyəti nəzərə alınmaqla aşağıdakı dəyişikliklər vəəlavələr edilsin:
2.1. 3.11.1.1-ci bənddə “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözlərinin qarşısında 1-ci və 2-ci sütunlarındakı hər iki halda “37 339 491,0” rəqəmi “28 082 091,0” rəqəmi ilə, 3.11.1.1.1-ci bənddə “Avtomobil yolları təsərrüfatı” sözlərinin qarşısında 1-ci və 2-ci sütunlarda hər iki halda “32 112 134,0” rəqəmi “22 854 734,0” rəqəmi iləəvəz edilsin.
2.2. aşağıdakı məzmunda 3.11.1.5-ci bənd əlavə edilsin:

“3.11.1.5.
Bakı şəhəri istisna olmaqla, səhərlərdə və rayon mərkəzlərində yol infrastrukturların təmiri, bərpası və yenidən qurulması
9 257 400,0
9 257 400,0”.
 

2.3. 4-cü bənddə “3.10.3-cü,” rəqəmindən sonra “3.11.1.5-ci” rəqəmi əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin