Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ ƏMƏKDAŞLARINA FƏXRİ ADLARIN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Azərbaycan Respublikasının əməkdar elm xadimi”

Nuriyev Əli Xudu oğlu

“Azərbaycan Respublikasının əməkdar müəllimi”

Bayramov Akif Əmirxan oğlu

Məmmədov Cabir Ağaəli oğlu

Rəsulov Tofiq Əli oğlu

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 sentyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin