Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1005 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1005 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 825) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissə ləğv edilsin;

1.2. 2-ci hissədə “30” rəqəmi “45” rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 aprel 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin