Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2435 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2435 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 17 yanvar tarixli 539 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 4, maddə 268 (Cild I) 1-ci hissəsinin üçüncü və dördüncü abzaslarından “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

2. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 430 (Cild I) 2.4-cü bəndindən “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I) 3.6.2-ci yarımbəndindən (ikinci halda) və 3.22-4-cü bəndindən (ikinci halda) “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

4. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440 (Cild I) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.3-1-ci bəndindən ikinci halda “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

5. “Dövlət sirrini əks etdirən normativ hüquqi aktların yayılması və qüvvəyə minməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 932 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 483 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3-cü hissədən “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın;

5.2. həmin Fərmanla təsdiq edilmiş “Dövlət sirrini əks etdirən normativ hüquqi aktların yayılması və qüvvəyə minməsi qaydası haqqında Əsasnamə” üzrə:

5.2.1. 6-cı hissənin ikinci abzasından “Azərbaycan Respublikası Prezidentinin yanında” sözləri çıxarılsın;

5.2.2. 18-ci hissənin beşinci abzasından “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

6. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 903 (Cild I) 2.2-ci, 2.3-cü və 3.3-cü bəndlərindən “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 249 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 486 (Cild I) ilə təsdiq edilmiş “Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları”nın 4-cü hissəsinin birinci abzasının ikinci cümləsindən “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

8. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 370 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 87 (Cild I) 2-ci hissəsi ləğv edilsin.

9. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1480-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 mart tarixli 589 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 429 (Cild I) 3-cü hissəsi ləğv edilsin.

10. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, №3, maddə 262; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 aprel tarixli 50 nömrəli Fərmanı) ilə təsdiq edilmiş Əlavə 2 – “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın 48-ci hissəsindən “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

11. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1685 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 26 nömrəli Fərmanı) 1.3.2.11-ci yarımbəndindən “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2024-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin