Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə”nin  6.3-cü bəndinə uyğun olaraq qərara alıram:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:
 
                                            dövlət orqanlarından:
 
Əliyev Vüqar Saydam oğlu
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
 
Qurbanov Faiq Mirəsədulla oğlu
 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
 
Hümbətov İntiqam Rəsul oğlu
 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi
 
                                       kütləvi informasiya vasitələrindən:
 
Məcidov Rəşad Müseyib oğlu
 
“525-ci qəzet”in baş redaktoru
Rəhimzadə Vüqar Gəncəli oğlu
 
“İki Sahil” qəzetinin baş redaktoru
Sadıqov Bəxtiyar Yusif oğlu
 
“Azərbaycan” qəzetinin baş redaktoru
 
                                          jurnalist təşkilatlarından:
 
Amaşov Əflatun Əhməd oğlu
 
Azərbaycan Mətbuat Şurasının sədri
Ələsgərli Müşfiq Məşi oğlu
 
Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Mirzəyev Umud Rəhim oğlu
 
Beynəlxalq Avrasiya Mətbuat  Fondunun sədri.
 
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 291 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 372) ləğv edilsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 3 iyun 2013-cü  il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin