Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.1-ci  bəndinə uyğun olaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri təyin edilsinlər:
 
dövlət orqanlarından
 
Süleymanov Tahir Veys oğlu
 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini
Məmmədov İlqar Kamil oğlu
 
-
 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi
Məcidli Vüqar Sabir oğlu
     
-
 
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini
 
qeyri-hökumət təşkilatlarından
 
Quliyev Azay Əjdər oğlu
 
-
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndəsi
 
Məmmədov Sahib Məlik oğlu
 
-
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri
Mirzəzadə Rəna Rza qızı
 
-
Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri
Qədirov Vüqar Kərim oğlu
 
-
Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri
Vəliyeva Dilarə Hətəm qızı 
-
“Mülk” İctimai Assosiasiyasının prezidenti
İsmayılov Şahin Əmir oğlu
-
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri
Hüseynova Gülnarə Alxas qızı
-
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti
Nuriyev Əliməmməd Mali oğlu
-
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
 
2. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2579 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 276) ləğv edilsin.
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 23 aprel 2012-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin