Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA XÜSUSİ TİBB XİDMƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN XÜSUSİ TİBB XİDMƏTİ ADLANDIRILMASI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ FƏRMANLARINDA VƏ SƏRƏNCAMLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti adlandırılması ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 440; 2006-cı il, № 3, maddə 229, № 6, maddə 498; 2007-ci il, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008-ci il, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.2-ci, 2.1.3-cü (hər iki halda), 2.1.4-cü (hər iki halda), 2.3.1-ci, 3.2.2-ci, 3.2.3-cü (hər iki halda), 3.2.4-cü (hər iki halda), 3.4.1-ci bəndlərinin ikinci abzaslarında “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 692 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1242) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında, preambulasında, 1-5-ci, 7.1-ci, 8.1-ci, 8.2-ci (hər iki halda), 8.3-cü (hər iki halda) və 8.4-cü bəndlərində “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidməti haqqında Əsasnamə”nin adında və 1-ci bəndində “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin;

2.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin strukturu”nun adında “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin;

2.4. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin tabeliyində olan təşkilatların siyahısı”nın adında “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 494) ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın 3-cü, 3.1-ci və 3.2-ci bəndlərində “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 10 mart tarixli 2715 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 208) ilə təsdiq edilmiş “Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normalarına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin siyahısı”nın “Rəhbər işçinin vəzifəsi” sütununun 2-ci və 3-cü (hər iki halda) bəndlərində “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətində inzibati vəzifə tutan dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 iyun tarixli 2892 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 561) adında və mətnində “Azərbaycan Respublikasının Prezidenti yanında” sözləri “Azərbaycan Respublikası Prezidentinin” sözləri ilə əvəz edilsin.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 fevral 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin