AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
Siz Azərbaycan incəsənətinə, mədəniyyətinə daim diqqət göstərirsiniz. Mənim də kiçik sənətimə böyük qiyməti Siz verdiniz. Mən özümü xoşbəxt hiss edirəm, ona görə ki, 1995-ci və 2002-ci illərdə təşkil olunmuş sərgilərimə Siz şəxsən təşrif gətirmisiniz.
Sizin mənə göstərdiyiniz diqqəti ömrümün sonuna kimi unutmayacaq və bu böyük etimadı öz yaradıcılığımla doğrultmağa çalışacağam.
Ailəmizin adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
cənc rəssam Əli Cəfər və ailəsi
2 noyabr 2002-ci il