Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident, 

Konqresin Nümayəndələr palatasının Energetika və ticarət komitəsinin üzvlərini lütfkarlıqla Azərbaycana dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. Mən Sizinlə tanış olduğum vaxtdan Azərbaycana gəlmək və onun xalqı ilə görüşmək istəmişəm. Konqresin nümayəndə heyətinin Xəzər regionuna səfərinin təxirə salınması məni dərindən məyus etdi. Bütün nümayəndə heyəti kimi, mən də təəssüfləndiyimi bildirirəm ki, biz Sizinlə görüşüb söhbət etmək imkanını əldən buraxdıq.

Azərbaycan iri neft və qaz ixracatçısı kimi dünya iqtisadiyyatında mühüm rol oynayır. Bakı-Ceyhan boru kəməri Azərbaycan neftinin ixracının artırılmasında böyük rol oynayacaq və Birləşmiş Ştatlar həmin layihəyə bənzər yeni boru kəmərlərinin sərmayələşdirilməsində olduqca maraqlıdır. Dünya bazarlarına neftin çıxarılmasının çoxvariantlılığına, ABŞ-ın və onun müttəfiqlərinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə nail olmaq məqsədlərimiz Sizin ölkənizlə möhkəm tərəfdaşlıq münasibətlərimizin xeyrinədir. Sizin ölkənizin zəngin ehtiyatlarının işlənilməsinə sərmayə qoyuluşunu genişləndirmək məqsədi ilə biz etibarlı tərəfdaşlar kimi birgə işləyə, eyni zamanda terrorizmə qarşı mübarizəmizlə qlobal təhlükəsizliyi möhkəmləndirə bilərik.

Səfərimizin yeni vaxtı payızda müəyyənləşdiriləcək və mən energetika, ticarət və təhlükəsizlik məsələlərinə dair aparacağımız səmərəli söhbəti səbirsizliklə gözləyirəm. Sizə bütün dünya heyrandır və Sizin liderliyiniz Xəzər dənizi regionunda müəyyənedici rol oynayır.

Ən xoş şəxsi arzularla,

Karen MakKarti

ABŞ Konqresinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin