AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Əziz cənab Prezident,
Bu gün Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlinin qoyulması və bununla bağlı “Azəri-Çıraq-Günəşli” neft yataqlarının tammiqyaslı işlənilməsi münasibətilə Sizə ən hərarətli təbriklərimi göndərirəm.
Mən xüsusilə məmnunam ki, bp və digər Britaniya şirkətləri Azərbaycanın neft sənayesində əsas rol oynayırlar. Bu möhtəşəm layihənin uğurla həyata keçirilməsi bizim hər iki ölkəmiz üçün böyük mənfəət gətirəcəkdir. Bu o deməkdir ki, Britaniya ən azı daha 20 il müddətində Azərbaycanla əməkdaşlıq edəcəkdir. Artıq ölkələrimiz arasındakı siyasi əlaqələr sıx ticarət və sosial əlaqələrimiz artaraq, həmişəkindən daha yaxın olmuşdur. Ölkənizin Avropa Şurasına qəbul olunması, Avropa Birliyi ilə tərəfdaşlıq və əməkdaşlıq sazişinin imzalanması nəticəsində bizim nazirlər və rəsmilər bütün səviyyələrdə işbirliyi yaratmışlar. Mən həm də gələcəyə ümidlə baxaraq, Azərbaycanın Dünya Ticarət Təşkilatının üzvü olacağı zamanı gözləyirəm.
Bu gün Azərbaycan xalqı üçün tarixi bir gündür və bu, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əməkdaşlığı gücləndirir. Xəzər dənizinin sərvətlərindən istifadə olunması artıq uzaq xülya deyildir. Bu sərvətin müdrik idarəçiliyi xalqınızın həyatını hərtərəfli yaxşılaşdıracaqdır.
Azərbaycan ümid dolu gələcəyin astanasındadır. Mən və Britaniya xalqı Sizə bu gələcəyin uğurlu olmasını arzu edirik. Ümid edirəm ki, biz yaranmış əlaqələrimizi qarşıdakı illərdə daha da gücləndirməkdə davam edəcəyik.
Səmimiyyətlə,
Toni Bleyer
Böyük Britaniyanın Baş naziri
London, 12 sentyabr 2002-ci il