AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli Prezident Əliyev,
Sentyabrın 18-də Bakıda təməlqoyma mərasimində iştirak edə bilməyəcəyim barədə ofisim Sizin səfirliyi məlumatlandırmışdır. Lakin bu tədbirdə iştirak etmədiyim üçün nə qədər kədərləndiyimi mən şəxsən Sizə bildirmək istərdim. Əfsuslar olsun ki, Amerika Birləşmiş Ştatlarında təxirə sala bilməyəcəyim və xeyli vaxt bundan öncə öhdəmə götürdüyüm tədbirlər vardır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri çox nəhəng bir nailiyyət olacaqdır və mən, həqiqətən, çox istərdim ki, Sizin lütfkar dəvətinizi qəbul edə bilib genişmiqyaslı tikintinin ilk addımlarının şahidi olum.
Ən xoş arzularla,
Henri Kissenger
Nyu-York, 16 sentyabr 2002-ci il