AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli cənab Prezident,
Çoxlu insan tələfatı ilə nəticələnən Merkuri-2 gəmisinin qəzaya uğraması xəbəri məni çox məyus etdi. Bu hadisə ilə bağlı Zati-alilərinizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və ölənlərin ruhlarının şad olması üçün Allah-taalaya dua edirəm.
Dərin hörmət və ehtiramla,
Hüsni Mübarək
Misir Ərəb Respublikasının Prezidenti
5 noyabr 2002-ci il