AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
“İstiqlal” ordeni ilə təltif edilməyimi mənə göstərdiyiniz daimi diqqət və qayğının növbəti təzahürü hesab edirəm. Öz xalqının mədəni, mənəvi həyatına Sizin qədər dərindən nüfuz edən ikinci bir dövlət xadimi və tarixi şəxsiyyət tanımıram. Və bu keyfiyyətinizi xalqımız və millətimiz üçün əvəzsiz qənimət sayıram. Yaradıcılığıma verdiyiniz yüksək qiymətin və ailəmə bəxş etdiyiniz böyük sevincin müqabilində Sizə və ailənizin hər bir üzvünə Ulu Tanrıdan bol-bol sevinc arzulayıram.
Səmimiyyətlə,
Əkrəm Əylisli
xalq yazıçısı
5 dekabr 2002-ci il