Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Cənab Prezident, Əziz Dost, 

Yubileyim münasibətilə mənə ünvanladığınız arzularınıza və çox gözəl dostluq şəhadətinizə görə Sizə ürəkdən təşəkkür edirəm.

Mən də Sizinlə, elə bu günlərdə Praqada olduğu kimi, hər bir görüşümüzdə aramızdakı mövcud münasibətlərin dostluq xarakteri daşıdığının və dialoqun səmimiliyinin təsdiq olunmasına görə özümü çox xoşbəxt sayıram. Mən çox xoşbəxt olardım ki, Sizin iş cədvəliniz münasib bir vaxtda ölkəmizə səfər etməyinizə imkan versin və biz bu dialoqu davam etdirə bilək.

Sizin məktubunuz məni həm də hüquqa daha çox riayət edəcək beynəlxalq bir qayda uğrunda və həmçinin Dağlıq Qarabağ kimi regional münaqişələrin həllinin axtarılması yolunda apardığım siyasəti davam etdirməyə ruhlandırır. Ölkələrimizin Sizin bölgədə sülh əhval-ruhiyyəsinin formalaşmasına kömək etməsi və əməkdaşlığımızın daha da güclənməsi üçün Sizin dəstəyinizə bundan sonra da arxalana biləcəyimə ümid edirəm.

Cənab Prezident, Sizə çox böyük ehtiram bəslədiyimə əmin ola bilərsiniz.

Dostluq hissləri ilə,

Jak Şirak

Fransa Respublikasının Prezidenti

Paris, 29 noyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin