Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident!

Azərbaycan milli musiqi mədəniyyətində, elmində, ədəbiyyatında halal zəhmətləri ilə mövqe qazanmış, eləcə də dövlətin, xalqın milli-mənəvi dəyərlərini vətəndaş kimi layiqincə qoruyan, milli musiqini ölkə daxilində və xaricində təmsil edən insanların sadə əməyini, o cümlədən bir ifaçı kimi məni də yaddan çıxarmadığınız üçün, “Xalq artisti” kimi şərəfli adla təltif etdiyinizə görə öz adımdan, ailəmiz və sənətsevərlər adından Sizə dərin hörmət, ehtiram və təşəkkürümü bildirir, dövlətçilik, müstəqilliyimiz naminə Sizə Ulu Tanrıdan cansağlığı arzu edirəm.

Hörmətlə,

Mələkxanım Əyyubova

xalq artisti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin