Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Prezident!

Bu günlərdə Azərbaycan Respublikasının incəsənət xadimlərinin böyük bir qrupuna müxtəlif fəxri adlar verilmişdir. Onların arasında “Xalq artisti” fəxri adına layiq görülənlərdən biri də mənəm. Bu, təkcə mənə, mənim sənətimə deyil, Sizin bütövlükdə Azərbaycan Milli Dram Teatrına, səhnə xadimlərimizə həmişə göstərdiyiniz böyük diqqətin növbəti parlaq təzahürüdür. Yeni ilin astanasında mənə və sənət dostlarıma böyük sevinc bəxş etdiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Qoy Yeni il Sizə və Azərbaycan Respublikasına dünya miqyasında böyük-böyük uğurlar gətirsin.

Dərin hörmət və ehtiramla,

İlham Namiq-Kamal Əhmədov

Xalq artisti, Mədəniyyət və İncəsənət

Universitetinin kafedra müdiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin