AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Hörmətli cənab Prezident!
Ailəmizə üz vermiş ağır itki - xalq artisti Mirzə Babayevin vəfatı ilə əlaqədar keçirdiyimiz bu hüznlü günlərdə bizə göstərdiyiniz böyük diqqət və dəstək ən böyük təsəllimiz oldu.
Sizin göstərişiniz ilə dəfn mərasiminin yüksək səviyyədə təşkili bizə təskinlik verdi, qəlbimizi minnətdarlıq hissi ilə bürüdü.
Ailəmizə göstərdiyiniz bu qayğını Mirzə Babayevin sənətinə və şəxsiyyətinə yüksək qiymətiniz kimi qəbul edir və Sizə dərin təşəkkürümüzü bildiririk.
Ömrü boyu Sizinlə fəxr etmiş Mirzə Babayevin ailəsi sənətkarın xatirəsini bu cür uca tutduğunuza görə Sizə həmişə minnətdar olacaqdır.
Böyük hörmət və ehtiramla,
Mirzə Babayevin ailə üzvləri