AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Azərbaycana səfərim zamanı mənə və nümayəndə heyətimizə göstərilən qayğı və diqqətə görə Zati-alinizə təşəkkür etmək istəyirəm. İnanıram ki, keçirdiyimiz səmimi və səmərəli görüşlər ölkələrimiz arasında sıx əlaqələrin və əməkdaşlığın bütün sahələrdə inkişafına xidmət edəcəkdir.
Zati-alilərinizi müvafiq bir zamanda Türkiyədə qəbul edib, başladığımız dialoqu davam etdirməkdən böyük xoşbəxtlik duyacağam.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına rifah və tərəqqi arzuladığımı bir daha dilə gətirirəm.
Dərin hörmətlə,
Rəcəb Tayyib Ərdoğan
Ədalət və İnkişaf Partiyasının sədri