Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident! 

“Azərbaycan” jurnalının 80 illik yubileyi münasibətilə bizə ünvanladığınız təbrik məktubu redaksiyamızda böyük sevinc hissi ilə qarşılandı. Jurnalın keçdiyi yola verdiyiniz qiymət, əməkdaşlardan bir qrupunu fəxri adlarla təltif etməyiniz, eləcə də ölkəmizin müstəqillik dövründə jurnalın yaradıcı kollektivi qarşısında duran yüksək vəzifələri xatırlatmaqla bizə göstərdiyiniz etimad hər birimizi gələcəkdə daha artıq bir əzmlə işləməyə sövq edir.

Cənab Prezident, səmimi təbrik üçün çox sağ olun! Sizi əmin edirik ki, biz həmişə xalqımıza sədaqətlə xidmət edəcək, ədəbiyyatımızın, doğma ana dilimizin inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik.

Hörmətlə,

“Azərbaycan” jurnalının

əməkdaşları

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin