Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Prezident!

Anadan olmağınızın 80-ci ildönümünü ən səmimi arzularla təbrik edirəm.

Ölkələrimiz arasında bütün sahələrdə yüksək səviyyəyə çatmış münasibətlər və xalqlarımızın möhkəm dostluq əlaqələri bölgəmizdə sabitlik və tərəqqiyə də töhfə verməkdədir.

Fürsətdən istifadə edərək, Zati-alilərinizə uzun ömür, cansağlığı, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq diləyirəm.

Hörmətlə,

Abdullah Gül

Türkiyə Respublikasının xarici işlər

naziri və baş nazirin müavini

10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin