Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq q ə r a r a a l ı r :

Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274, № 12, I kitab, maddə 680; 2004, № 6, maddə 416, № 11, maddə 891; 2005, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007, № 7, maddə 712; 2008, № 6, maddə 457; 2009, № 2, maddə 44; 2010, № 4, maddə 276, № 7, maddə 592; 2011, № 3, maddə 163) aşağıdakı dəyişikliklər edilsin:

60.7-ci, 68.6-cı və 171.2-ci maddələrdə “48” rəqəmi “24” rəqəmi ilə əvəz edilsin.

112.4-cü maddənin birinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin.

112.10-cu maddədə “3 gün müddətində,” sözlərindən sonra “səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq),” sözləri əlavə edilsin.

112.11-ci maddənin birinci cümləsində “3 gün müddətində” sözlərindən sonra “, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal” sözləri əlavə edilsin.

112-1.10-cu maddənin üçüncü cümləsində “3 gün müddətində,” sözlərindən sonra “səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq),” sözləri əlavə edilsin və aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır.”.

6. 112-1.13-cü maddədə “24” rəqəmi “18” rəqəmi ilə əvəz edilsin və “gec olmayaraq” sözlərindən sonra “müvafiq seçki komissiyasının qərarı ilə birlikdə” sözləri əlavə edilsin.

7. 140-cı maddədə “20” rəqəmi “30” rəqəmi ilə əvəz edilsin.

8. 241-ci maddənin birinci cümləsində “30” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin