Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsinlər:

Əhmədov Asəf Müzəffər oğlu – polkovnik

Əliyev Fikrət Əli Səftər oğlu – polkovnik

Şahverdiyev Mayıl Seminar oğlu – polkovnik

Babayev Azər Ələddin oğlu – polkovnik-leytenant

Baxşəliyev Ziyarəddin Ramazan oğlu – polkovnik-leytenant

Əliyev İlqar Əmiraslan oğlu – polkovnik-leytenant

Məmmədov Şaiq Bilman oğlu – polkovnik-leytenant

Rəhimov Novruz Məmməd oğlu – mayor.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin