Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838) 30.3-cü maddəsində “qaydası” sözündən sonra “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu və” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin