Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №7, maddə 444; 2006, №12, maddə 1029; 2007, №5, maddə 442, №6, maddə 562, №8, maddə 756; 2009, №12, maddə 948; 2010, №3, maddə 171; 2012, №7, maddə 643; 2013, №3, maddə 214) 6-1.1.2-ci maddəsində “Bayrağı” sözü “Dövlət bayrağı” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2014-cü il.