Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, №8, maddə 478; 2001, №12, maddə 736; 2002, №5, maddələr 237, 241; 2003, №1, maddə 11, №6, maddə 256, № 8, maddə 423; 2004, №2, maddə 59, №6, maddə 415, №10, maddə 761; 2006, №2, maddə 67, №6, maddə 478, №8, maddə 657, №11, maddə 932; 2007, №1, maddə 3, №8, maddə 745; 2008, №5, maddə 348, №6, maddə 460, №8, maddə 707, №12, maddə 1048; 2009, №2, maddə 36; 2012, №6, maddə 497) 4-cü maddəsinə aşağıdakı məzmunda 6-cı bənd əlavə edilsin:

“6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin