Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 583; 2001-ci il, №7, maddə 454, №9, maddə 576, №12, maddə 734; 2002-ci il, №5, maddə 249, №12, maddə 707; 2003-cü il, №8, maddə 425, №12, I kitab, maddə 671; 2004-cü il, №1, maddə 1, №11, maddə 887, №12, maddə 980; 2005-ci il, №2, maddə 61, №8, maddə 688, №12, maddə 1081; 2006-cı il, №12, maddələr 1005, 1026; 2007-ci il, №1, maddə 4, №6, maddə 597, №12, maddə 1192; 2008-ci il, №7, maddə 602, №11, maddə 960; 2009-cu il, №7, maddə 506; 2011-ci il, №1, maddə 14) 22.2-ci maddəsində “5” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin və mötərizədəki “(dövlət büdcəsindən vergi orqanlarının saxlanılması üçün ayrılan vəsaitin 30 faizindən çox olmamaqla)” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 2011-ci il.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin