Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ XANLAR RAYONUNUN GÖYGÖL RAYONU ADLANDIRILMASI İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN BƏZİ SƏRƏNCAMLARINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 2801 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 iyul tarixli 851 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 7, maddə 462; 2007-ci il, № 2, maddə 90) ilə təsdiq edilmiş “Tikinti kompleksində yaradılan səhmdar cəmiyyətlərinin tərkibinə daxil olan müəssisə və təşkilatların Siyahısı”nın “Azərsutikinti” Səhmdar Cəmiyyəti” bölməsinin 22-ci bəndində “Xanlar şəhəri” sözləri “Göygöl şəhəri” sözləri ilə əvəz edilsin.

2. “Rayon və şəhər paylayıcı elektrik şəbəkələrinin fəaliyyətinin təkmilləşdirilməsi və idarəetməyə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 676 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 206; 2001-ci il, № 10, maddə 640; 2006-cı il, № 5, maddə 414) 2 nömrəli Əlavə - “Gəncəelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin tərkibinə daxil edilən paylayıcı elektrik şəbəkələri”ndə “Xanlar” sözü “Göygöl” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli 1152 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 2, maddə 107; 2004-cü il, № 12, maddə 1005; 2006-cı il, № 9, maddə 743; 2007-ci il, № 2, maddələr 87, 90, № 8, maddə 769) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram”ın 1-ci - “Təbii meşələrin bərpası” bölməsinin 1.1.1-ci bəndinin üçüncü abzasında, 1.2.1-ci bəndinin üçüncü abzasında, 2-ci - “Meşə ehtiyatlarının qorunması məqsədi ilə tez böyüyən və yüksək oduncaq keyfiyyətinə malik olan ağacların yetişdirilməsi” bölməsinin 2.1.1-ci bəndinin üçüncü abzasında, 2.2.1-ci bəndinin üçüncü abzasında, 2.3.1-ci bəndinin üçüncü abzasında, 3-cü - “Yeni meşə-bağların salınması (o cümlədən təsərrüfat əhəmiyyətli bitkilərin istifadəsi yolu ilə)” bölməsinin 3.1.1-ci bəndinin üçüncü abzasında, 5-ci - “Bərpa olunan meşə ehtiyatlarından (meyvə, dərman bitkiləri və s.) səmərəli istifadənin təşkili” bölməsinin 5.1.1-ci bəndinin üçüncü abzasında, 5.1-ci bəndindəki cədvəlin “Zona və rayonlar” sütununun 2-ci sırasında, 6-cı - “Ərazilərində meşə sahələri mövcud olan yaşayış məntəqələrində meşə fondu ilə əlaqədar olmayan məşğulluq sahələrinin yaradılması” bölməsinin 6.1-ci bəndinin üçüncü abzasında, 7-ci - “Rekreasiya əhəmiyyətli meşə sahələrinin müəyyənləşdirilməsi və istifadəsi” bölməsinin preambulasının üçüncü abzasında, 7.1.1-ci bəndinin üçüncü abzasında, 10-cu - “Tədris və təbliğat” bölməsinin 10.1.1-ci bəndinin üçüncü abzasında “Xanlar” sözləri “Göygöl” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 1635 nömrəli Sərəncamına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 720, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 iyun tarixli 2285 nömrəli Sərəncamı) əlavə edilmiş “Səhiyyə, təhsil, idman və mədəniyyət sahələri üzrə özəlləşdirilməyə açıq elan edilən müəssisə və obyektlərin Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinin “b)” bəndində “Xanlar rayonu” sözləri “Göygöl rayonu” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 1011) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələr”in 1.3-cü bəndinin “Tədbirin adı” sütununda “Abşeron və Xanlar rayonlarında” sözləri “Abşeron və Göygöl rayonlarında” sözləri ilə, 1.7-ci bəndinin “Tədbirin adı” sütununda “Xanlar rayonu” sözləri “Göygöl rayonu” sözləri ilə və “İcraçılar” sütununda “Xanlar və Kəlbəcər rayon” sözləri “Göygöl və Kəlbəcər rayon” sözləri ilə əvəz edilsin.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin