SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Lixtenşteynin vəliəhd-şahzadəsinə təqdim etmişdir
Bakı, 17 noyabr (AZƏRTAC). Azərbaycanın Lixtenşteynə yeni təyin olunmuş səfiri Əkrəm Zeynallı noyabrın 16-da etimadnaməsini bu ölkənin vəliəhd-şahzadəsi Aloisə təqdim etmişdir.
Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, rəsmi mərasimdən sonra keçirilmiş görüşdə səfir Ə.Zeynallı Prezident İlham Əliyevin Lixtenşteynin hakim şahzadəsi II Hans-Adama və vəliəhd-şahzadə Aloisə salamlarını çatdırmışdır.
Lixtenşteynin vəliəhd-şahzadəsi Alois Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirmiş, onun və hakim şahzadə II Hans-Adamın salamlarını da dövlətimizin başçısına çatdırmağı xahiş etmişdir.
Görüşdə Azərbaycan ilə Lixtenşteyn arasında bütün sahələrdə əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminlik bildirilmiş, ikitərəfli əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.