Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN SƏHRƏD MÜHAFİZƏSİNİN 90 İLLİYİ (1919-2009)” AZƏRBAYCAN RESPUBLİKASININ YUBİLEY MEDALININ TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilsin.

II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə aşağıdakı məzmunda on yeddinci abzas əlavə edilsin:

“Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medalı”.

III. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

IV. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 may 2009-cu il.

 

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin