Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN SƏRHƏD MÜHAFİZƏSİNİN 90 İLLİYİ (1919-2009)” AZƏRBAYCAN RESPUBLİKASININ YUBİLEY MEDALI HAQQINDA ƏSASNAMƏ

Azərbaycan Respublikasının

2009-cu il 8 may tarixli Qanunu ilə təsdiq edilmişdir

1. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2009-cu il avqust ayının 18-dək Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya) buraxılmış zabitlər və Dövlət Sərhəd Xidmətinin inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

2. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubileyi medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin