SİYASƏT
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN İRAQDAKI KONTİNGENTİ GERİ ÇAĞIRILACAQDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin İraqdakı kontingenti geri çağırılacaqdır.
Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov bildirmişdir ki, BMT Təhlükəsizlik Şurasının 2007-ci il 18 dekabr tarixli, 1790 nömrəli Qətnaməsinə uyğun olaraq, İraqda yerləşən çoxmilli qüvvələrin mandatının səlahiyyət müddəti başa çatdığı üçün Azərbaycan Silahlı Qüvvələrinin kontingenti də geri çağırılacaqdır.
Komissiya sədri demişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin İraqdan geri çağırılması haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılmışdır.
Hazırda Azərbaycanın 151 hərbçisi İraqda müxtəlif təyinatlı obyektlərin mühafizəsini təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib
- 07.05.2024 [16:28]
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
- 07.05.2024 [16:01]