SİYASƏT
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN MÖVQELƏRİ AVTOMAT VƏ PULEMYOTLARDAN ATƏŞƏ TUTULMUŞDUR
Bakı, 31 avqust (AZƏRTAC). Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 30-da saat 9.40-dan 9.50-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 18.55-dən 19.20-dək Goranboy rayonunun Tap Qaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında, saat 22.30-dan 22.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, saat 8.50-dən 9.00-dək, 18.50-dən 19.00-dək, 23.45-dən 00.00-dək və avqustun 31-də saat 00.30-dan 00.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.