SİYASƏT
AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN MÖVQELƏRİ BİR NEÇƏ İSTİQAMƏTDƏN ATƏŞƏ TUTULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də saat 21.30-dan 21.40-dək Noyemberyan rayonunun Berdavan kəndi ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi ərazisində yerləşən mövqelərini, saat 20.00-dan 20.05-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığından saat 20.10-dan 20.17-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığından Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.