İQTİSADİYYAT
Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu mütəxəssisləri beynəlxalq layihədə iştiraka dəvət edir
Bakı, 15 iyun (AZƏRTAC). İyunun 23-dən 27-dək Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun, “AQS Group” şirkətinin və Avropa Keyfiyyət Təşkilatının birgə təşkilatçılığı ilə keyfiyyət sahəsində çalışan mütəxəssislərin bacarıqlarının yüksəldilməsi və “Keyfiyyət sistemi meneceri” beynəlxalq diplomunun əldə olunması istiqamətində təlimlər keçiriləcəkdir.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, təlimlər keyfiyyət idarəetmə sistemlərinin hazırlanması, tətbiqi və təminatında iştirak edən mütəxəssislərə informativ və praktiki dəstək göstərir.
Təlimlərdə iştirak etmək istəyən mütəxəssislər iyunun 15-dək Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna müraciət edə bilərlər.