SİYASƏT
AZƏRBAYCAN-SURİYA İQTİSADİ, ELMİ, TEXNİKİ VƏ MƏDƏNİ ƏMƏKDAŞLIQ ÜZRƏ BİRGƏ KOMİSSİYASININ AZƏRBAYCAN TƏRƏFİNDƏN TƏRKİBİ TƏSDİQ EDİLMİŞDİR
Bakı, 5 noyabr (AZƏRTAC). Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Rrespublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan tərəfindən tərkibi haqqında Sərəncam imzalamışdır.
Komissiyanın Azərbaycan tərəfindən tərkibinə kənd təsərrüfatı naziri İsmət Abasov başçılıq edəcəkdir.
Tərkibə xarici işlər, maliyyə, iqtisadi inkişaf, sənaye və energetika, nəqliyyat, mədəniyyət və turizm, təhsil, səhiyyə, rabitə və informasiya texnologiyaları nazirlərinin, Dövlət Gömrük və Statistika komitələri sədrlərinin, Mərkəzi Bankın idarə heyəti sədrinin müavinləri, Milli Elmlər Akademiyasının vitse-prezidenti və Azərbaycanın Suriyadakı səfiri daxildirlər.