SİYASƏT
Azərbaycan suriyalı ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsinə etiraz olaraq BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdır
Bakı, 10 avqust (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Azərbaycan suriyalı ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsinə etiraz olaraq BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdır.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirmişdir ki, təşkilatın Təhlükəsizlik Şurası bu məsələni araşdıracaqdır. Rəsmi Bakının məsələ ilə bağlı bundan sonra atacağı addımlar BMT-nin araşdırmalarının nəticələrindən asılı olacaqdır. İşğalçı Ermənistanın məskunlaşdırma siyasəti sübuta yetirilsə bu ölkəyə qarşı BMT tərəfindən sanksiyaların tətbiq edilməsi ilə bağlı təşkilatın Nizamnaməsində xüsusi bəndlər də vardır. Diplomat qeyd etmişdir ki, Azərbaycanın həqiqətləri ilə bağlı yayılmış istənilən müraciət və bəyanat artıq BMT-nin rəsmi sənədinə çevrilir. Gələcəkdə belə sənədlər ciddi məsələlərin həllində mühüm rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib
- 07.05.2024 [16:28]
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
- 07.05.2024 [16:01]
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib
- 07.05.2024 [14:35]