İDMAN
Azərbaycan taekvondoçuları “Spanish Open” beynəlxalq turnirində dörd medal qazanmışlar
Bakı, 6 may (AZƏRTAC). Millimiz Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında İspaniyada keçirilmiş “Spanish Open” beynəlxalq turnirində uğurla çıxış etmişdir.
ATF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, milli komandamız turnirdə 4 medal qazanmışdır.
“A” kateqoriyalı yarışda iştirak edən idmançılarımız - gənclərdən ibarət milli komandanın üzvü Səid Quliyev (73 kq) və qızlardan ibarət yığmanın idmançısı Selin Pomak (44 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxmışlar.
Milli komandamızın digər üzvlərindən Məhəmmədyasin İbrahimov (58 kq) və Ayxan Tağızadə (63 kq) yarışı bürünc medalla başa vurmuşlar.