Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“AZƏRBAYCAN TELEVİZİYA MƏKANI İCTİMAİ VƏ MƏDƏNİ HƏYATIMIZIN AKTUAL PROBLEMLƏRİ İŞIĞINDA” MÖVZUSUNDA ELMİ-TƏCRÜBİ KONFRANS KEÇİRİLMİŞDİR

Bakı, 24 noyabr (AZƏRTAC). Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində “Azərbaycan televiziya məkanı ictimai və mədəni həyatımızın aktual problemləri işığında” mövzusunda elmi-təcrübi konfrans keçirilmişdir.

Tanınmış ziyalıların, elm xadimlərinin iştirak etdikləri konfrans Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi ilə bağlı təşkil edilmişdir.

AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfransı açaraq mövzunun əhəmiyyətindən danışmışdır. Akademik bildirmişdir ki, konfransda “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində qaldırılan məsələlər tanınmış alimlər tərəfindən şərh ediləcək və problemlərin həlli yolları müzakirə olunacaqdır. Məruzəçilərin bu məsələ ilə bağlı səsləndirdikləri təkliflər ümumiləşdirilərək müvafiq təşkilatlara təqdim ediləcəkdir.

Akademik M.Kərimov demişdir ki, Azərbaycanın efir məkanı ölkəmizin güzgüsüdür. Televiziya və radioda olan problemlər cəmiyyətimizin problemləridir. Ona görə də məsələyə kompleks şəkildə baxılmalı, alimlərin bu istiqamətdə fikir və təklifləri şərh edilməli, onların efir məkanı ilə əlaqəsi yaxşılaşdırılmalıdır. Düşünürəm ki, konfrans bu işə mühüm töhfə verəcəkdir.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev “Azərbaycan televiziyası və ədəbiyyatımız” mövzusunda məruzə ilə çıxış etmişdir.

Bildirilmişdir ki, müstəqil Azərbaycan dövlətinin ictimai-mədəni həyatının işıqlandırılmasında, ölkəmizin əldə etdiyi böyük iqtisadi uğurların, daxili və xarici siyasət sahəsində qazandığımız ciddi nailiyyətlərin dünyaya çatdırılmasında, eləcə də xalqın qarşıda duran mühüm, taleyüklü problemlərin həllinə səfərbər edilməsində, tarixi-mənəvi dəyərlərimizin, milli sərvətlərimizin qorunub gələcək nəsillərə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolu və əhəmiyyəti əvəzsizdir.

Bəkir Nəbiyev demişdir ki, müstəqil dövlətçilik strategiyamızın yaradıcısı, ümummilli lider Heydər Əliyevin söz, mətbuat, informasiya azadlığının təmin olunması sahəsindəki yorulmaz fəaliyyəti senzuranın ləğvi ilə nəticələnmişdir ki, bu da mətbuatın və digər informasiya vasitələrinin demokratik əsaslar üzərində sərbəst inkişafına zəmin yaratmışdır.

Natiq vurğulamışdır ki, ölkəmizdəki demokratik mühitdən, söz azadlığından sui-istifadə edən bəzi telekanallarda özünə yer tapan bayağı verilişlər, şit şou-əyləncə proqramları, səviyyəsiz yarışmalar, ara söhbətləri isə bir növ “yeni” ənənəyə çevrilmişdir. Akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində çox doğru olaraq bu cəhətlər kəskin tənqid edilir və onların arxasındakı reklam-biznes-bazar maraqlarının bəzi məkrli cəhətləri açıqlanır. Mənsub olduğu xalqın mənəviyyatını, tarixi-mədəni dəyərlərini gözdən salan bir sıra verilişlər həqiqətən də bügünümüz və sabahımız üçün olduqca zərərlidir.

Nə qədər ağrılı olsa da, deməliyik ki, bəzi telekanallarda hərbi-vətənpərvərlik verilişləri azlıq edir. Olanlar da başdansovdu və uzun illərdən bəri tamaşaçını bezdirən şablonlar əsasında hazırlanır. Bu mövzuda yeni və fərqli, cəlbedici proqram variantları demək olar ki, görünmür. Qarabağ problemi, işğal altındakı torpaqlarımızın taleyi kimi ən vacib və aktual məsələlər çox vaxt ekran-efir mühitində ikinci planda qalır. Əvəzində telekanallarda səviyyəsiz və bəzən ikrah doğuran proqramlar geniş yer alır.

Bununla yanaşı, bəzi telekanallarda hazırlanan yüksək səviyyəli verilişlərdən də söz açan akademik B.Nəbiyev bildirmişdir ki, ədəbiyyat klassiklərimizi, folklor və etnoqrafiya mədəniyyətimizi işıqlandıran “Məclisi-üns”, “Tərəf-müqabil”, “Bir mahnının tarixçəsi”, “Ədəbi abidələr”, “Yurd yeri”, “İncilər” adlı verilişlər öz dolğunluğu ilə zövq oxşayır.

Televiziya həmişə arzu olunan qonaqdır. Çox istərdim ki, bəzi telekanallar bu qonaq statusundan sui-istifadə etməsinlər, akademik Ramiz Mehdiyevin məlum məqaləsində haqlı olaraq tənqid edilən qüsurlarını və digər nöqsanlarını aradan qaldırsınlar deyən B.Nəbiyev vurğulamışdır ki, xalqımızın adət-ənənələrinə, milli mentalitetimizə zərər vuran məzmunsuz, bayağı, şit şoulardan uzaqlaşmaq günün tələbidir.

Konfransda AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru İlham Məmmədzadə “Azərbaycan efir məkanı və ictimaiyyətçi alimlər qarşısında duran vəzifələr”, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Gövhər Baxşəliyeva “Şərqşünas alimlər efir məkanını necə görmək istəyir”, AMEA-nın müxbir üzvü Rəna Məmmədova “Azərbaycan teleməkanında milli musiqimiz”, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva “Tamaşaçının və ya oxucunun hüquqlarını necə qorumalı”, professor Rəhilə Məhərrəmova “Azərbaycan efir məkanı və ədəbi dilimiz”, sənətşünaslıq doktoru Kübra Əliyeva “Azərbaycan incəsənəti efir məkanında” və filologiya elmləri namizədi Ağaverdi Xəlilov “Azərbaycanın efir məkanı və folklor: problemlər və perspektivlər” mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzələrdə jurnalistlərin peşəkarlığını artırmaq üçün treninqlərin təşkili, efir üçün seçilmiş mövzulara uyğun ekspertlərin təyin olunması, AMEA-nın institutları tərəfindən müxtəlif mövzulara uyğun layihələrin hazırlanaraq telekanallara təqdim edilməsi, Azərbaycan dilinin üslub və qaydalarına əməl olunması, yeri gəldi-gəlmədi alınma sözlərdən istifadənin qarşısının alınması, görkəmli alimlərin həyat və fəaliyyətini əks etdirən verilişlərin hazırlanması və digər təkliflər səsləndirilmişdir.

Məruzələr ətrafında AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatı, professor Nizami Xudiyev və başqaları çıxış edərək, konfransın aktuallığını vurğulamış və Azərbaycanın efir məkanı üçün vacib olan bəzi məsələlərdən danışmışlar.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ən müasir texnologiyalar əsasında aparılır – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb