SİYASƏT
AZƏRBAYCAN-TÜRKİYƏ QHT İŞÇİ QRUPUNUN NÖVBƏTİ TOPLANTISI KEÇİRİLMİŞDİR
Bakı, 4 noyabr (AZƏRTAC). Noyabrın 4-də Milli QHT Forumunun (MQF) təşəbbüsü ilə yaradılmış Türkiyə-Azərbaycan QHT işçi qrupunun növbəti toplantısı keçirilmişdir.
Toplantıda Azərbaycan ilə Türkiyə arasında münasibətlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.
Toplantıda, həmçinin MQF nümayəndələrinin Türkiyəyə planlaşdırılan səfəri müzakirə edilmişdir. MQF-nin prezidenti Rauf Zeyni məlumat vermişdir ki, bununla bağlı TÜSİAB-ın rəhbərliyi ilə ilkin danışıqlar aparılmışdır.
Cari məsələlərdə Çanaqqalada şəhid olan Azərbaycan döyüşçülərinə xatirə abidə kompleksinin qoyulması da müzakirə olunmuşdur.