MƏDƏNİYYƏT
Azərbaycan Türkiyədə keçirilmiş 2-ci Egey aşıqlar bayramında təmsil olunmuşdur
Dənizli, 3 aprel (AZƏRTAC). Türkiyənin Dənizli şəhərində 2-ci Egey aşıqlar bayramı keçirilmişdir.
Bayramda Azərbaycanı aşıq Sevil Xıdırova təmsil etmişdir.
Dənizlidəki Pamukkale Universitetində keçirilmiş bayramın açılış mərasimində bu ali təhsil ocağının rektoru, professor Hüseyn Bağçı, Dənizli bələdiyyəsi və valiliyinin təmsilçiləri iştirak etmişlər.
Burada keçirilmiş ilk saz gecəsində Türkiyənin müxtəlif şəhərlərindən gəlmiş iyirmi saz ustası və Azərbaycanın təmsilçisi aşıq Sevil Xıdırova qoşma, gəraylı, təcnis və deyişmələri məharətlə ifa etmişlər.
Dənizli bələdiyyəsinin sədr müavini Şamil Çinar aşıqlara xatirə hədiyyələri təqdim etmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Dənizli
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]
“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək
- 04.05.2024 [11:21]
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
- 04.05.2024 [11:17]