ELM VƏ TƏHSİL
“Azərbaycan universitetlərinin beynəlxalq əlaqələr departamentinin inkişafı” üzrə təlim kursları davam edir
Bakı, 24 yanvar (AZƏRTAC). Bakı Dövlət Universitetində ölkəmizin ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr sahəsində çalışan mütəxəssisləri üçün keçirilən “Azərbaycan universitetlərinin beynəlxalq əlaqələr departamentinin inkişafı” üzrə ikinci təlim kursları yanvarın 25-də başa çatacaqdır.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, təlim kurslarını Böyük Britaniyanın British Council təşkilatı tərəfindən dəvət edilmiş beynəlxalq ekspertlər aparırlar.
Təlim kurslarında ali məktəblərin beynəlxalq əlaqələr departamentlərinin nümayəndələri iştirak edirlər.