SİYASƏT
AZƏRBAYCAN VƏ BOLQARISTAN MÜDAFİƏ NAZİRLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ PLANI İMZALANMIŞDIR
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Bolqarıstan Respublikası Müdafiə Nazirliyi arasında 2004-cü il üçün əməkdaşlıq planı təsdiqlənmiş və imzalanmışdır.
Müdafiə nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sənədi Bakıda Azərbaycan tərəfdən müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Bolqarıstan tərəfdən isə müdafiə naziri Nikolay Svinarov imzalamışlar.
Nazir Səfər Əbiyev bildirmişdir ki, 2004-cü ildə İstanbulda keçiriləcək sammitdə Bolqarıstan Şimali Avroatlantika Alyansına (NATO) tamhüquqlu üzv qəbul ediləcəkdir. Azərbaycan üçün bu ölkə ilə hərbi əlaqələri inkişaf etdirməyin və onun bu sahədəki təcrübəsinə yiyələnməyin böyük əhəmiyyəti vardır.